Elon Musk insan beynini kompüterlə birləşdirmək üçün kəlləyə çip qoymaq istəyir
SpaceX-in təsisçisi, 2017-ci ildə yaradılmış Neuralink şirkətinin yaradıcısı Elon Musk xüsusi çiplərin beynə qoşulmaq üçün kəllə sümüyünə yerləşdirilməsi üzrə proqramın uğurlarından danışıb.
TED.az xəbər verir ki, bu barədə E.Musk Neuralink-in qərargahında onlayn mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, son bir il ərzində çip sistemi əhəmiyyətli dərəcədə sadələşdirilib: "Hazırda çiplər sikkədən daha az tutur, implantasiya zamanı onu gizlətmək olar. O, tamamilə kəllə sümüyü ilə birləşəcək və gün ərzində enerji yığmadan işləyərək kənardan görünməyəcək".
"Neuralink çipi beyin dalğalarını oxumaqla nevroloji xəstəliklərin anlayışını inkişaf etdirə bilər. Neuralink çipinin diametri təxminən 23 millimetrdir”, — deyə təqdimat zamanı şirkətin alimlərindən biri bildirib.
Neuralink neyrointerfeysin simsiz versiyasını inkişaf etdirib. Sistem iki donuz beyninə implantasiya olunub, daha sonra isə heyvanlar üçün zərərsiz şəkildə orqanizmdən hasil edilib.
Qeyd edək ki, İlon Musk bu startapa 100 milyon ABŞ dolları miqdarında yatırım etmişdir.
Texnologiyanın təqdimat videosunu bu linkə keçid edərək izləyə bilərsiniz.