Ramin Musayev evdeqal.az platformasının üstünlüklərindən danışır
Məşhur blogger Ramin Musayev sosial təcriddə qaldığımız günlərdə istər fərdi inkişaf, istərsə də əyləncə üçün daxil ola biləcəyimiz vebsaytları özündə birləşdirən bir platforma kimi “evdeqal.az” saytını məsləhət görüb. Hazırladığı video-çarxda distant təhsil, səsli kitablar və virtual olaraq muzeylərə səyahət etmək imkanlarını xüsusilə vurğulayıb. Son olaraq Ramin Musayev öz şəxsi təcrübəsindən yola çıxaraq bir neçə məsləhətini izləyiciləri ilə bölüşüb.