Evdə qalaraq həm işləyək, həm də sağlamlığımıza vaxt ayıraq
Zaman elə gətirdi ki, bir çoxlarımız evdən işləmək məcburiyyətindəyik. Evdən işləmək hər birimiz üçün tamamilə yeni təcrübədir. Həm ev qayğılarını çəkməliyik, həm də işin vaxtında çatdırılmasına nəzarət etməliyik. Deməli artıq evdə də işdəki şəraiti qurmağın vaxtı gəlib çatıb. Müvəqqəti olaraq evimizi ofisə çevirmək üçün bizə lazım olacaq bəzi elektronika əşyalarına nəzər salaq.
- Demək olar ki, artıq bütün iş görüşlərimizi video-zəng vasitəsilə həyata keçiririk, sənədlərimizi və fikirlərimizi elektron poçt vasitəsilə bölüşürək paylaşırıq. İşimizin həcmini nəzərə alsaq, görəcəyik ki, evə yaxşı noutbuk almağın vaxtıdır. Həm video-zənglərdə bizi yarı yolda qoymasın, həm də giqabaytlarla fayllarımızı saxlamağa noutbukumuzda yer olsun. Windows 10 və operativ iş üçün Intel prosessoru ilə çalışan Acer Extensa məhz elə belə iş üçün nəzərdə tutulub. 500 GB yaddaşı ilə bizə yaddaşımızdan silinməyəcək ev - ofisi təcrübəsi yaşadacaq.
-
Evimizdə kompüterimiz var yenisinə ehtiyac yoxdur, sadəcə iş prosesində kompüterimizin ətrafındakı kabel və şnurlar bizə mane olur: klaviatura... “maus”... Bunun da çarəsi var: 2-si birində Logitech MK220-nin kombo dəsti ilə həm şnursuz klaviaturamız, həm də “maus”umuz ola bilər.
-
Sənədlərin çapı üçün işdə bizim yaxın dostumuz ... düzdür printer idi. Artıq evdə də bu cür yaxın bir dosta sahib olmağımızın vaxtı çatıb. İstər rəngli, istər ağ-qara çap üçün bizə HP model printer kömək edər.
-
Aktual problem – evdəki internet! Sanki əhvalına görə yaxşı və ya pis işləyən internet evdə hamımızın qarşılaşdığı bir nömrəli problemdir. Amma nəzərə alsaq ki, bu problem bəzi hallarda provayderdən deyil, modemdən asılı olur, onda elə indi daha yaxşısına keçək. TP-link routeri bizim yerdə axtardığımız interneti göydə tutacaq!
-
Səs və video-zənglə kommunikasiyanın bu qədər çox olduğu bir vaxtda bilmirsən hər dəfə gələn səsə qulaq asmaq üçün smartfonu götürəsən, ya noutbuka keçib ordan qulaq asasan, ya qulaqcığın dolaşıq kabelini açasan. Deyəsən, artıq Xiaomi AirDots istifadəsinə keçməyin vaxtıdır. Simsiz qulaqcıqlarla həm ev-ofisindəki həyatımız daha rahat olar, həm də video-zənglərdə “cool”görünərik.
İşimiz çox olsa belə, sağlamlığımızı və rahatlığımızı da gərək yaddan çıxartmayaq. Sağlam qalmaq və gündəlik ritmimizi qorumaq üçün nələr etmək lazımdır? Araşdıraq.
-
İdman etmək üçün bahalı salonlara getməyə ehtiyac yoxdur. İnternetdə idman üçün yüzlərlə resurs var, sadəcə özümüzə uyğun məşq proqramını tapıb və hər gün 1 saatımızı buna ayıra bilərik. Saat demişkən, Mi Band 4 alıb idman nəticələrimizi oradan izləyə bilərik. Bu bizə əlavə motivasiya olacaq. Motivasiya deyəndə isə təbii ki, tərəziyə çıxıb verdiyimiz kiloları görməkdən yaxşısı ola bilməz. Smart tərəzi adi tərəzidən daha çoxunu edir, əzələ, piy, sümük və su kütləsi göstəricilərini alır, bizə onlara uyğun nəticələr verir. Bu tərəzini xüsusi tətbiqetmə vasitəsilə də izləyə bilərik. Tətbiqetmələri rahat idarə etməyimiz üçün güclü smartfona ehtiyacımız ola bilər. Son zamanların ən sevilən smartfonu Redmi Note 8...
-
Gün ərzində bol su içməyin xeyrini hamımız bilirik. Həm maye, həm vitamin ehtiyacımızı ödəmək, həm də günü enerjili başlamaq üçün evdə sıxılmış şirə içək. Şnek tipli şirəçəkənlərin üstünlüyü ondan ibarətdir ki, meyvənin şirəsini son damlasına qədər çəkir. Həm də şirəni soyuq sıxma ilə çəkdiyi üçün, bütün vitaminlər şirədə qalır. Bir az da kreativ olaq, blenderi götürək və özümüzə dadlı smuzilər hazırlayaq: Philips blenderinin buzqırma özəlliyi də var.
- İdmanımızı etdik, kalorilərimizi hesabladıq, vitaminimizi qəbul etdik. İndi də gərək xarici görünüşümüzə fikir verək. Bu bizim gümrahlığımıza birbaşa təsir edir. Bu dəfə başqaları üçün yox, özümüz üçün bəzənək! Saçlarımızın formasını itirməmək və sağlam qalması üçün Gorenje fenini işlədək. Kişilərimiz evdə qalaraq saçı-saqqala qarışdırmasın deyə və bununla yanaşı, üz dərilərinin sağlamlığını da qorumaqları üçün Philips üzqırxanından istifadə edə bilərlər. Xanımları örnək alın, istənilən vəziyyətdə özünüzə qulluq etməyi unutmayın. Çünki sağlamlıq həm də gözəllikdir!
-
Əhvalımız yaxşı olanda özümüzü də əla hiss edirik. Televizorumuzda və ya noutbukumuzda sevdiyimiz mahnının səsini yüksəldək və evdə “parti”yə başlayaq. Yarıda qalan film və serialları da izləmək əhvalımıza yaxşı təsir edər. Bütün bunlar üçün noutbukumuz yoxdursa, yazının əvvəlində qeyd etdiyimiz Acer Extensa-nın parametrləri bizim ehtiyaclarımızı artıqlamasıyla ödəyəcək. Yox, daha böyük ekrana keçmək istəyiriksə, bizə 4K dəstəkli Xiaomi televizoru lazımdır. Yeni məlumatlarla və fərqli TV layihələrlə zövqümüz də sağlam qalsın.
Beləliklə, evdə qalaraq həm işləyə, həm də sağlamlığımıza vaxt ayıra bilərik!